EURO 1,8941 TRY 0,2634
USD 1,7 RUB 0,0215
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:22.08.2019 15:20:49

"Bu gün tədbirdə söylənən fikirlər mənim üçün çox xoşdur".

"Bu gün tədbirdə söylənən fikirlər mənim üçün çox xoşdur". 

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə "Şeyxülislam Allahşükür Paşazadə 70 Mənəviyyata Həsr Olunmuş Ömür" adlı tədbirdə çıxış edən Hacı Allahşükür Paşazadə deyib.

Dediyinə görə, tədbirdə onu çox təriflədilər: “Yəqin ki, bu təriflər məni cızığımdan çıxmağa qoymayacaq. Mən düzgün yolu tutmuşam. Əgər Allah təala mənə ömür versə, bundan sonra da bu yolu davam etməliyəm. Allah insanlara yaxşılıq edən, onlara doğru yol göstərən adamları sevər. Mənim həyatım keşməkeşli dövrdən keçib”.

Hacı Allahşükür Paşazadə qeyd edib ki, bu gün oxuyanlar, dini təhsil alanlar çoxdur: “Çünki onlar üçün müstəqillik dövründə hər bir şərait yaranıb. Mən oxuyanda bilmirdim ki, din xadimi, Şeyxülislam olacağam. Mən oxuyurdum ki, Allahımı, doğru yolu tanıyım. Allah təala da bunu mənə nəsib etdi. Ən əvvəl ailəm, xüsusən də anam mənə bu yolu göstərdi və mən gəlib bu ərsəyə çatmışam. Azərbaycan xalqına təşəkkürümü bildirirəm ki, bunu qiymətləndirir”.


Şeyxülislam: Allah mənə ömür versə, bu yolu davam etdirəcəyəm

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Həzrət Əbəlfəzl Abbasın (ə) mövlud günüdür
    Əziz müsəlman bacı və qardaşlarımızı cihad meydanının qəhrəmanı olan Həzrəti Əbəlfəzli Abbasın(ə) mövludu münasibəti ilə təbrik edirik!
     29.03.2020
    Azərbaycanda 17 yeni koronavirus xəstəsi aşkarlandı, 1 nəfər dünyasını dəyişdi
    Azərbaycan Respublikasında 17 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.
     28.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ