EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.04.2017 16:52:43

"Hacı Cavad" məscidinin dini icması tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə açıq məktub...

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə açıq məktub

Bakı şəhəri Yasamal Rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən “Hacı Cavad” məscidi dini icması tərəfindən

Müraciət

Hörmətli Cənab Prezident!
Müasir Azərbaycanımızın quruculuğunda daim iştirak etməyiniz hər kəsin gözü qarşısındadır. Bİr sıra yeni təhsil, müalicə və digər ictimai müəssisələr bilavasitə Sizin təşəbbüsünüz nəticəsində ölkəmizin müxtəlif yerlərində ucaldılmışdır. Mədəniyyət və tariximizə göstərdiyiniz qayğı xüsusi ilə qeyd edilməlidir. Biz də öz növbəmizdə səmərəli fəaliyyətinizi rəhbər tutaraq Sovetski ərazisi kimi tanınan və Abulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidi ətrafinda bu günlərdə baş verən prosseslərlə bağlı Sizə müraciət etməyə qərar verdik. Bildiyiniz kimi ərazidə yenidənqurma işləri davam etdirilməkdədir. Şəhərimizin müasir standartlara cavab verən infrastrukturun yaradılması bizi sevindirməkdədir, lakin yuxarıda qeyd olunan məscidin tarixi abidə (XIX əsrin tikilisi, dövlət tərəfindən qorunan, inventar No-si 3511) olmasına baxmayaraq sökülmə təhlükəsi ilə üzləşmişdir. Belə ki, 08.04.17-ci il tarixində məscid yaxınlığına təşrif buyuran Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev abidənin yaxın günlərdə söküləcəyini bəyan etmiş və bununla bağlı artıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qərar qəbul edildiyini bildirmişdir. Bizdə olan məlumata görə isə belə bir qərar mövcud deyildir. Məscidin sökülməsinin səbəbi kimi isə ərazidə aparılan yenidənqurma işləri və yeni avtomagistral yollarının çəlikişi göstərilir.
Lakin, nəzərinizə çatdırmaq istəyirik ki, avtomagistral yolları artıq çəkilmiş və məscid ərazisinə düşməmişdir.

Ərazidə yaşayan insanlar, məscidə gələn inanclılar və ictimaiyyətin bir çox nümayəndələri məscidin sökülməsi təhlükəsindən narahatçılıqlarını bildirmiş və Sizə rəsmi şəkildə edilən müraciəti dəstəkləmişlər.

Sizin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməniz, yaxın günlərdə ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının və digər beynalxalq səviyyəli mötəbər tədbirlərin keçirilməsi yalnız simvolik yox, həm də tarixdə iz qoyacaq hadisələrdən hesab edilir. Tarix və mədəniyyətimizin ayrılmaz hissəsi İslam dininin atributu olan məscidin sökülməsi bu həssas dönəmdə Azərbaycanımızın dostlarının kədərinə, düşmənlərin isə sui-istifadəsinə səbəb ola bilər.

Hörmətli Cənab prezident, yuxarıda qeyd olunan məsələ ilə bağlı bizə köməklik etməyinizi xahiş edirik. Sizin vasitəniz sayəsində tarixi abidənin qorunması bir çox insanın sevincinə səbəb olacaqdır. Uca Yaradan görülən hər gözəl işin mükafatını heç vaxt əvəzsiz qoymaz.

Hörmətlə,
Hacı Cavad məscidinin dini icması / Son Ümid saytı


Sökülmək istənən “Hacı Cavad” məscidi dini icmasından prezidentə AÇIQ MƏKTUB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əli Kərimlinin saxlanılması ilə bağlı RƏSMİ açıqlama yayıldı
    AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıblar
     18.11.2018
    ABŞ Suriyada daha 40 dinc sakini qətlə yetirdi
    ABŞ BMT və beynəlxalq aləmin sükutu və reaksiyasızlığı kölgəsində Suriyada mülki qətliamını davam etdirir.
     18.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ