EURO 1,9142 TRY 0,3019
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.06.2019 16:34:21

2018-ci ildə Azərbaycana 52 adda dini ədəbiyyatın idxalına icazə verilməyib.

2018-ci ildə Azərbaycana 52 adda dini ədəbiyyatın idxalına icazə verilməyib.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. 

Onun sözlərinə görə, ötən il 1652 adda dini ədəbiyyatın idxalına isə icazə verilib: 

“2017-ci ildə 1477 adda dini ədəbiyyatın idxalına icazə verilib, 63-nün isə idxalına icazə verilməyib. Həmin il 309 adda dini ədəbiyyatın nəşrinə icazə verilib, dördünə isə icazə verilməyib. 2018-ci ildə isə 166 adda dini ədəbiyyatın çapına icazə verilib, 26-nın çapına icazə verilməyib”.

Sədr müavini qeyd edib ki, 2017-2018-ci illərdə Dövlət Komitəsi tərəfindən nəşr edilən ədəbiyyatların sayı 139 olub:

“İllər üzrə çap olunan dini ədəbiyyatın sayı azalıb. Çünki bu funksiyanı komitə, onun tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu öz üzərinə götürüb.

Ölkədə kitab oxuyanlar azdır, televiziyaya baxanların sayı isə çox deyil, amma sosial şəbəkələrdən istifadə edənlərin sayı günbəgün artır. Maarifçilik məqsədilə gələcəkdə üstünlük verəcəyimiz istiqamətlərdən biri sosial şəbəkələr olmalıdır. Sosial şəbəkələr istiqamətində xeyli işimiz var və nəticələrimiz də var”.

G.İsmayılov qeyd edib ki, 2018-2019-cu illərdə respublikada 940 dini qurum dövlət qeydiyyatından keçib:

“2017-ci ildə bu rəqəm 760, 2011-ci ildə 544, 2009-cu ildə 534, 2006-cı ildə isə 374 olub”.


Sosial şəbəkələrə üstünlük verəcəyik - Dini Komitə rəsmisi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ - VİDEO
    Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.
     20.07.2019
    Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı (FOTOLAR)
    Xaçmaz rayonunun Nərəcan kəndində üç gün öncə baş verən intihar hadisəsinin təfərrüatı üzə çıxıb.
     20.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ