Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:18.01.2022 11:39:34

Sudanda mülki idarənin tələbi ilə keçirilən etiraz nümayişlərinə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 7 nəfər həyatını itirib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Sudan Həkimlər Komitəsinin məlumatına görə, hərbçilərin administrasiyanı tərk etməsini tələb edən mülki administrasiya tərəfdarlarının təşkil etdiyi nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 7 etirazçı həyatını itirib.

Beləliklə, ordunun mülki hökuməti buraxıb fövqəladə vəziyyət elan etdiyi 25 oktyabrdan bəri davam edən nümayişlərdə ölənlərin sayı 71-ə yüksəlib.

Sudanın paytaxtı Xartumda və bəzi şəhərlərdə minlərlə insan tam mülki idarəetmə tələbi ilə küçələrə çıxıb.

Keçmiş hakim koalisiya Azadlıq və Dəyişiklik İttifaqı təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı həddindən artıq zorakılıq tətbiq etdiyi üçün bu gündən etibarən iki günlük vətəndaş itaətsizliyinə çağırıb.

Mülki hökumət etirazlarını təşkil edən Sudan Peşəkar Palatalar Birliyi və məhəllələrdəki təşkilatlardan məsul Müqavimət Komitələri də "çevriliş idarəsinin qətliamlarına" cavab olaraq müqavimətin artırılmasını, yolların və küçələrin barrikadalarla bağlanmasını tələb edib. 

Xatırladaq ki, oktyabrın 25-də Sudanda baş verən hərbi müdaxilədən sonra texnokrat hökumət qurmaq üçün vəzifəsinə qaytarılan Baş nazir Abdullah Hamduk siyasi böhranı həll edə bilməməsi və ordu ilə fikir ayrılıqları səbəbindən yanvarın 2-də istefa ərizəsini təqdim etmişdi.

BMT-nin yanvarın 10-da və Şərqi Afrika blokunun Hökumətlərarası İnkişaf Təşkilatı IGAD-ın yanvarın 11-də siyasi böhranın həlli istiqamətində irəli sürdüyü təşəbbüslər hələ ki, heç bir nəticə verməyib.


Sudanda etiraz aksiyaları: 7 nəfər həyatını itirdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
     2.07.2022
    DİM sədri buraxılış və qəbul imtahanlarında 700 bal toplanılmaması məsələsinə münasibət bildirib
    Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il keçirilən buraxılış və qəbul imtahanında abituriyentlər arasında maksimal 700 bal toplayanların olmaması məsələsinə münasibət bildirib/
     2.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ