Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:16.06.2022 15:37:56

Bu barədə AŞF prezidenti, Beynəxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yerli qurumun mətbuat xidmətinə açıqlama verib.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə Şuşada şahmat üzrə beynəlxalq turnir keçiriləcək.

İslamazeri.com xəbər verir ki, bu barədə AŞF prezidenti, Beynəxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yerli qurumun mətbuat xidmətinə açıqlama verib.

O bildirib ki, Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan beynəlxalq turnirin təşkilatı məsələləri üzərində işlərə başlanılıb. Təşkilati işlərdə Gənclər və İdman Nazirliyi ilə yanaşı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də yaxından iştirak edir.

M.Məmmədovun sözlərinə görə, qadın və kişi şahmatçılar arasında təşkil olunacaq turnir rapid və blits formatında olacaq. 21 - 24 sentyabrda keçiriləcək Şuşa turnirində Azərbaycanın və dünyanın məşhur şahmatçılarının iştirakı planlaşdırılır. Azərbaycan milli komandasının bütün üzvlərinə dəvət göndəriləcək.


Şuşada beynəlxalq turnir keçiriləcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda ünvanlı sosial yardımın məbləği artıb
    Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
     9.08.2022
    İstanbul Zeynəbiyyədə Aşura mərasimi - FOTO
    Tədbir küçə yürüşləri ilə başlayıb, Yəhya Kamal Bayatlı Konfrans və Mərasim salonunda davam edib.
     9.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ