EURO 2,1108 NEFT 65,25
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.02.2018 14:41:57

Qaradağ rayon Məhkəməsində Taleh Bağırov barəsində başlanan yeni cinayət işi üzrə məhkəmə iclası başa çatıb

Qaradağ rayon Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırov barəsində başlanan yeni cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

İslamazeri.com-un APA-ya istinadən verdiyi məlumata görə, məhkəmə hökmü ilə o, beş ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Taleh Bağırova Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) ilə ittiham elan edilib.

İttihama əsasən, onun üzərindən ötən il iyulun 31-də yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib.

Taleh Bağırov özünü təqsirli bilməyib.

T. Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.


Taleh Bağırova əlavə ittiham üzrə hökm oxundu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 191 dövlət əmlakı satışa çıxarılacaq
    Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 27-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.
     19.02.2018
    Zərif İsrailin
    İsrail və ABŞ-ın ara-sıra İran İslam Respublikasının Suriyada hərbi bazasının varlığıyla bağlı açıqlamalarına İranın XİN başçısı cavab verib
     19.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ