1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:01.08.2019 10:05:00

Taliban 18 illik Əfqanıstan müharibəsinin başa çatdırılmasına dair növbəti müzakirələr zamanı ABŞ-la razılıq əldə ediləcəyinə dair ümidini ifadə edib.

İslamazeri.com xəbər verir ki, Taliban 18 illik Əfqanıstan müharibəsinin başa çatdırılmasına dair növbəti müzakirələr zamanı ABŞ-la razılıq əldə ediləcəyinə dair ümidini ifadə edib. Tərəflər bu həftə həlledici dialoqa qatımalıdır.

Taliban sözçüsü Suhail Şahin tərəflərin bir ilə yaxındır gərgin çalışmasından sonra bütün əsəs məsələləri əhatə edən layihə hazırlandığını bildirib. O, Amerikanın Səsinə deyib ki, Taliban müzakirəçiləri üzərinə düşən hər şeyi edib və indi dialoqun irəliləməsi üçün növbəti addımlar Amerikadan asılıdır.

“Biz qüvvələrin ölkədən çıxarılması razılıq əldə edəcəyimizə ümid edirik” - deyə, Şahin müzakirələrdən gözləntilərinə dair sualı cavablandırarkən bildirib. Lakin o, görüşün dəqiq tarixi barədə məlumat verməyib.

Taliban ABŞ və digər xarici qüvvələrin ölkədən çıxarılmasını tələb edir.

ABŞ isə sərtxətt tərəfdarlarının təhlükəsizliyi təmin etməsini istəyir. Rəsmi Vaşinqton bundan sonra Əfqanıstan ərazisindən Amerikaya qarşı terror hücumlarının törədilməyəcəyinə zəmanət tələb edir.


Taliban: ABŞ-la razılıq əldə edilə bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda tanınmış fotoqrafın anasını yük avtomobili vuraraq öldürüb
    Bakının Suraxanı rayonunda qadını yük avtomobili vuraraq öldürüb.
     21.01.2020
    Azərbaycanda nişanlı qız intihar etdi
    Dünən İmişli rayonunun Otuziki kənd sakini, 2003-cü il təvəllüdlü Səmədova Dünyaxanım Abid qızı hamamda özünü asaraq intihar edib.
     21.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ