1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:20.09.2019 10:02:50

Zabul vilayətinin paytaxtı Qalatdakı qərargahı yaxınlığında törətdiyi bomba partlayışı nəticəsində azı 15 nəfər ölüb

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, Talibanın Əfqanıstan Kəşfiyyat Xidmətinin Zabul vilayətinin paytaxtı Qalatdakı qərargahı yaxınlığında törətdiyi bomba partlayışı nəticəsində azı 15 nəfər ölüb, 90-dan çox insan yaralanıb.

Vilayət hökumətinin sözçüsü Gül İslam Seyal bildirib ki, qadınlar və uşaqlar da daxil olmaqla hadisə qurbanlarının çoxu yaxınlıqdakı xəstəxanada müalicə olunan xəstələr olub.

Mülki əhali Əfqanıstanda baş verən zorakılıqlarla qarşılaşır. BMT-nin verdiyi məlumata görə, bu il mülki vətəndaşlar arasında rekord sayda itkilər qeydə alınıb. BMT-nin Əfqanıstana Yardım Missiyası 2019-cu ilin ilk altı ayı ərzində 1366 mülki vətəndaşın öldüyü, 2446 nəfərin isə yaralandığı haqda məlumat verib.

Taliban çərşənbə günü Əfqanıstanın şərqində Calalabad şəhərində şəxsiyyət vəsiqələrinin verildiyi mərkəzdə və çərşənbə axşamı günü 50 nəfərin ölümülə nəticələnmiş başqa iri hücumlar törədib. Bu hücumlardan biri prezident Əşrəf Qaninin Pərvan şəhərində seçki mitinqi zamanı baş verib.

Taliban hücumları Əfqanıstanda sentyabrın 28-də keçiriləcək prezident seçkilərindən əvvəl törədib. Taliban komandirləri ABŞ-la üsyançı qrup arasında sülh danışıqlarının baş tutmamasından sonra prezident seçkilərini zorakı şəkildə pozacaqlarına söz veriblər.


Taliban Kəşfiyyat Xidmətinin qərargahı yaxınlığında terror həyata keçirdi: Xəstəxana dağıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Amerikalı jurnalistin muzdlularla bağlı sualına Azərbaycan Prezidentinin maraqlı cavabı
    İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib.
     25.10.2020
    Düşmənin döyüş texnikaları belə məhv edilərək geri çəkilməyə məcbur oldu - VİDEO
    Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələri şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilib.
     25.10.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ