EURO 1,8725 TRY 0,2943
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:20.10.2019 22:19:14

Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə bu gün “İnsanlıq və mənəvi dəyərlər uğrunda fədakarlıq” mövzusunda konfrans keçirilib.

İslamazeri.com xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisi şəhərində Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə bu gün “İnsanlıq və mənəvi dəyərlər uğrunda fədakarlıq” mövzusunda konfrans keçirilib.
“Alulbeyt Dini Mədəniyyət Mərkəzi”ndə keçirilən konfransda dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, din xadimləri, dini icma təmsilçiləri, ictimaiyyət və media nümayəndələri iştirak edib.
Tədbir Vidadi Qurbanovun Quran-Kərimdən ayələrin tilavəti ilə başlayıb.
Sonra İmam Hüseynin (ə) matəmi ilə əlaqədar dünya ölkələrində keçirilən yürüş və tədbirlərdən video çarx nümayiş etdirilib.
Daha sonra konfransın moderatoru Kamran Məmmədov sözü ilk olaraq Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Ramin İgidova verib.
O konfrans iştirakçılarını salamlayaraq, konfransın məqsəd və amalını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonra söz Dini Məsələlər Üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanlar İdarəsinin Şərqi Gürcüstan üzrə müftisi Hacı Yasin Əliyev, İran İslam Respublikasının Ali Dini rəhbərliyin nümayəndəsi Höccətülislam Seyid Əli Əkbər Ocaqnejad, Qafqaz Müsəlmanlar İdarəsinin Gürcüstan nümayəndəsi Hacı Əli Əliyev, Türkiyə Diyanət İşləri Başkanlığının nümayəndəsi Hacı Ahmed Erdem, Gürcüstan Patriarxiyalılığının nümayəndəsi Dekanoz Davit Tvalkadze, din alimi Məhəmməd Baqir Saivər, İslamazeri İnternet Qəzetinin baş redaktoru Ramin Bayramov və başqa elm adamları çıxış ediblər.
Çıxış edənlər ümumbəşəri və bütün zamanları əhatə edən İmam Hüseynin (ə) qiyamı, onun Kərbəla vaqiəsi, Aşura məktəbindən alınan dərslər və mənəviyyat uğrunda fədakarlıqlarından bəhs edərək, mövzuları müasir zamana tətbiq etməyə çalışıblar.
Tədbirin sonunda İmamın (ə) Kərbəla qiyamı, həyatı, Qərb alimlərinin İmam Hüseyn (ə) haqda dedikləri kəlamlardan bəhs edən tablolar sərgilənib.
Qeyd edək ki, konfransın çıxışları Azərbaycan və Gürcü dillərinə sinixron təcümə olunub.


Tbilisidə Dinlərarası Beynəlxalq Konfrans keçirilib - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutuldu
    Bakıda sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan dəstənin üzvü saxlanılıb.
     13.11.2019
    Rusiyada erməni nasistinin xatirə lövhəsi qara boya ilə boyanıb
    Rusiyanın Armavir şəhərində faşist əlaltısı Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi qara boya ilə boyanıb.
     13.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ