1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:23.08.2020 10:00:44

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən tanınmışlar cərimələnib.

İslamazeri.com xəbər verir ki,  Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov, onun həyat yoldaşı, Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva da cəzalandırılıb.

S.Novruzov və həyat yoldaşı Səbinə Əliyeva Daxili İşlər Nazirliyi tərəfindən 400 manat cərimə olunublar. Bundan başqa, Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəllinin xanımı Aysel Adıgözəlzadə də eyni məbləğdə cərimə olunub.

Faktı Trend-ə DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.


Toya görə Abel Məhərrəmov, sabiq nazir, Siyavuş Novruzov və Ombudsman cərimələndi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İndiyədək 90 dinc sakin erməni terrorunun qurbanı olub
    Sentyabrın 27-dən bu günə kimi 90 dinc sakin erməni terrorunun qurbanı olub.
     29.10.2020
    Mülki infrastrukturu və dinc əhalini atəşə tutan düşmən məhv edildi - VİDEO
    Mülki infrastrukturu və dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
     29.10.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ