1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:05.01.2020 15:37:44

Türkiyənin tanınmış yazarlarından olan Ziya Türkyılmaz Qasim Süleymani və Əbu Mehdi Mühəndisin qətlə yetirilməsindən sonra intiqam nə vaxt olacağı ilə bağlı məqalə yazıb.

Yazını təqdim edirik:

"Allahın adı ilə...

2020-ci ilə böyük bir hadisə ilə başladıq.

3 Yanvar, cümə gününün ilk saatlarında vilayət və şəhadət məktəbinin başda Qasim Süleymani və Əbu Məhdi əl-Mühəndis olmaqla on müxlis, iddiasız,  əzmkar komandir və mücahid -  kafirlər, münafiqlər və terroristlərlə illərlə sürən mübarizə və cihaddan sonra arzuladıqları uca məqama yüksəldilər.

 İrandan: General Qasim Süleymani, General Hüseyn Cəfərniya, polkovnik Şəhrud Müzəffərniya, polkovnik-leytenant Hadi Tarimi, kapitan Vahid Zamanian və

İraqdan:

Əbu Mehdi Əl-Mühəndis, Məhəmməd Rza Əl-Cabiri, Həsən Abdulhadi, Məhəmməd əş-Şeybani və Heydər Əli zamanın müstəkbir gücü ABŞ-ın terrorist qrupları tərəfindən alçaq bir hava hücumu ilə şəhid oldular.

 Bu terror aktı möminləri matəmə saldı, dünyanın azad insanları arasında dərin kədər yaratdı -  kafir və münafiqlər isə xəbəri sevinclə qarşıladı. Möminlərin matəm və hüznə qərq olmaları nə qədər təbiidirsə, kafir və münafiqlərin sevinmələri də o qədər təbii qarşılanmalıdır.

 Çünki möminlər bu cür hadisələri ilk dəfə yaşamırlar. Bədr və Ühuddə onlarla müşriki cəhənnəmə göndərən İmam Əli (ə) də şəhid ediləndə, cəhənnəmə vasil etdiklərinin davamçıları çox sevinmiş, onlarla il bu bənzərsiz insana lənət oxumuşdular.

Bu zehniyyətin davamçıları bu gün Mosulda çox sevdikləri terror qruplaşmalarını zərərsizləşdirmiş Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisin şəhadətlərinə xislətlərinə xas, sevinməkdə və lənətlər göndərməkdədirlər. Çünki əqrəbin sancması kinindən deyil, xislətindəndir.

 Amma müstəkbirlər, müttəfiqləri və içimizdəki İŞİD sevənlərin sevinci uzun sürən deyil. Çünki; Hacı Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndis kimi bənzərsiz komandir və dostlarını şəhid edən ABŞ bu cinayətlərinə görə mütləq cəzalandırılacaq və şəhidlərin intiqamı alınacaqdır, buna heç kəsin şübhəsi yoxdur.

 Amma bu intiqam Amerikalılar, bölgədəki müttəfiqləri və münafiqlərin gözlədiyi formada  intiqam olmayacaq.

Heç kəs Müqavimət Cəbhəsinin mücahidlərinin intiqam adı ilə alçaq üsulla adam öldürəcəklərini gözləməsin. Yolu, forması , hədəfi bəlli olan Müqavimət Cəbhəsi qəzəbli davranıb düşmənin oyununa aldanmayacaqdır.

 Çünki;  müstəkbir düşmən bölgədə aldığı ardıcıl məğlubiyyətlərinin acısı ilə narahat haldadır və başda İslami İran olmaqla Müqavimət Cəbhəsini tələsik davranmağa və müharibə atəşini alovlandıraraq tez bir zamanda nəticəyə çatmaq istəyir.

 Çünki;  Müqavimət Cəbhəsinin öz üsulu ilə başda ABŞ olmaqla müstəkbir gücləri və bölgədəki müttəfiqlərini tədrici bir formada məğlubiyyətə uğratdığını. Bir daha dönməməklə bölgədən çıxarmağa qərarlı olduğunu görürlər.

 Çünki;  Hərbi, iqtisadi, maliyyə və media gücünü əlində saxlayan müstəkbir güc və tərəfdarları buna baxmayaraq Müqavimət Cəbhəsini meydandan çıxarmamaqda, əksinə hər keçdiyimiz gün aralarında ixtilafa düşməkdədirlər. Bir neçə il öncə Suriyada birlikdə hərəkət etdikləri ilə maraqları üst-üstə düşmədikdə, bir birlərinə qarşı cəbhələşdilər. Halbuki Müqavimət gücləri hər gün sıralarını daha da sıxlaşdırmaqda, gücləndirməkdədir.

Çünki;  Fələstin məsələsi kökdən qurutmağı planlayanlar, bəzi fələstinli qrupları müxtəlif vəəd və hiylələrlə Müqavimət Cəbhəsindən müvəqqəti olaraq qoparanlar bu gün planlarının nəticə vermədiyini görürlər. Bir neçə il öncə məzhəbi dolduruş və vəədlərlə Müqavimət Cəbhəsindən uzaqlaşdırılan Həmas bu gün hiyləgərlərin yalanını görmüş və yenidən Müqavimət Cəbhəsinin yanına qayıtmışdır. Bu isə müstəkbirlər və bölgədəki dostları tərəfindən qəbuledilməz bir vəziyyətdir.

Çünki;  Sionist rejim tədrici olaraq ömrünün sonuna yaxınlaşdığını görməkdə və bu gedişatı önləmək üçün Müqavimət Cəbhəsi, xüsusilə İranı başda ABŞ olmaqla Qərb ilə geniş çaplı bir müharibənin içinə çəkməyə çalışır.

Çünki;  Müqavimət Cəbhəsinin səbri və dözümü sayəsində bölgə xalqları düşmənlərin qarmaqarışıq planlarını anlamış, dostunu düşmənini tanımaqdadır, kimin hansı hədəf üçün qaçdığını görə bilir. Bu proses Müqavimət Cəbhəsinin fədakarlıqları sayəsində hər gün daha da yetişməkdə, xalqlar şüurlanmaqda və müstəkbir düşmənə qarşı daha da birləşməkdədirlər.

Şəhidlərin intiqamı ABŞ-ın bölgədən bir daha geri qayıtmamaqla sürgün edilməsi, işğalçı rejimin Fələstindən atılması və bunların bölgədəki dostlarının, müttəfiqlərinin uğursuz pis hökmranlıq və varlıqlarına son veriləcəyi gün alınacaqdır – İnşallah. Düşmənlərin tələskənliyi də buna görədir.

Hacı Qasim Süleymani, Abu Məhdi əl-Mühəndis və digər Müqavimət komandirlərinin şəhadəti və tökülən məsum qanları heç şübhəsiz başda İran və İraq xalqları olmaqla bölgənin müsəlman xalqları arasında vəhdət və işbirliyini artıracaq, dünyanın hər yerindəki mömin və azadə insanları həmrəyliyə şövq edəcəkdir.

Allahdan bu azadlıq şəhidlərinə rəhmət və məğfirətini artırmasını. əbədi aləmdə Rəsulullah (s) və Əhlibeytə (ə) qonşu etməsini acizanə şəkildə istəyir və mömin, azad insanlara başsağlığımı ərz edirəm.

Ziya Türkyılmaz - Rasthaber  "


Türk yazardan KÖŞƏ yazısı: "İntiqam olacaq, ancaq nə vaxt?"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə 786 nəfər koronavirusdan sağalıb
    Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 501-ə çatıb
     05.04.2020
    DSX: Düşmən təxribatı cavab atəşilə susduruldu
    Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən təx­ribatları davam edir.
     05.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ