EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:21.08.2019 11:32:55

Türkiyə XİN başçısı Suriya ilə bağlı danışıb.

İslamazeri.cm-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bəyan edib ki, Türkiyə İdlibdəki nəzarət məntəqələrinin yerlərini dəyişmək niyyətində deyil.

O, hazırda Xan-Şeyxun şəhəri uğrunda qızğın döyüşlərin getdiyi Suriyanın şimal-qərb bölgəsindəki vəziyyət barədə danışıb.

O qeyd edib ki, Türkiyəyə aid nəzarət məntəqələrinin mövqeləri möhkəmlədilib, sözügedən deeskalasiya zonasına əlavə qüvvələr göndərilib.

“Çox ümid edirəm ki, mövcud vəziyyət hərbi müşahidəçilərin təhlükəsizliyini təhdid etməyəcək”, - deyə o bildirib.

Suriyada Türkiyəyə məxsus konvoya edilmiş hava hücumuna toxunan Çavuşoğlu Suriya prezidenti Bəşər Əsədə "odla oynamamağı" məsləhət görüb.

“Türkiyə öz hərbçilərinin təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görəcək”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, konvoyla bağlı insidentdən sonra Türkiyə nəzarət məntəqələrinin təhlükəsizliyi məsələsi ilə əlaqədar olaraq Rusiya ilə əlaqəyə girib.

O əlavə edib ki, Suriya siyasi prosesinin müsbətə doğru inkişaf edəcəyinə ümid edir.


Türkiyə: Əsəd odla oynayır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar
    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
     21.09.2019
    Avropa İttifaqı: Plastik torbalar ödənişli olsun
    Biz istərdik ki, plastik torbalar ödənişli olsun. Bəlkə o zaman insanlar onu almaq istəməzlər.
     21.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ