Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:2.01.2022 13:39:16

Türkiyə Xarici İşlər Nazirliyi Almaniyada müsəlman qəbiristanlığına hücum edənlərin tutulmasını, məsuliyyətə cəlb edilməsini və onlara layiq olduqları cəzanın verilməsini tələb edib.

İslamazeri.com APA-ya istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi mövzu ilə bağlı bəyanat verib.

Bəyanatda Almaniyanın İzerlohn şəhərində müsəlman qəbiristanlığına hücum olunmasına təəssüfləndikləri qeyd olunur.

Nazirliyin açıqlamasında vurğulanıb ki, yeni il gecəsi baş verən hücum son vaxtlar xüsusilə Avropada artmaqda olan və hətta müsəlman qəbiristanlıqlarını belə vəziyyətə salan xəstə anti-islam zehniyyətinin yeni göstəricisidir:

"Ümid edirik ki, bu fəlakətli hücumun günahkarları müəyyən edilərək ədalət qarşısında cavab verəcək və layiq olduqları cəzanı alacaqlar. Biz də ümid edirik ki, belə hadisələrin baş verməməsi üçün lazımi tədbirlər görüləcək”.

Qeyd edək ki, Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətinin İzerlohn şəhərindəki müsəlman qəbiristanlığında 20 məzar naməlum şəxs və ya şəxslər tərəfindən dağıdılıb.


Türkiyədən Almaniyada müsəlman qəbiristanlığına hücumla bağlı BƏYANAT

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
     2.07.2022
    DİM sədri buraxılış və qəbul imtahanlarında 700 bal toplanılmaması məsələsinə münasibət bildirib
    Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il keçirilən buraxılış və qəbul imtahanında abituriyentlər arasında maksimal 700 bal toplayanların olmaması məsələsinə münasibət bildirib/
     2.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ