EURO 1,897 TRY 0,2815
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:07.12.2018 22:14:03

Adana valiliyi "Dünya rakı günü Festivalı"nın keçirilməsinə izin verməyib

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, əvvəlki adı "Adana rakı festivalı" və daha sonra "Kabab və şalqam festivalı" adı ilə keçirilən tədbir Adana şəhərinin valiliyi tərəfindən keçirilməsinə izin verilməyib.

Valilikdən açıqlanan məlumatda "Şəhərimizdə 2018-ci il 8-9 dekabrda keçirilməsi planlanan "Kabab və Şalqam Festivalı", ictimai nizam-intizam və təhlükəsizlik, insanların sağlamlıq və mülkiyyətinə zərər verilməsinə əngəl törədilmə ehtimalına görə keçirilməsinə izin verilməmişdir.", -deyə bildirilib.

Xatırladaq ki, bir neçə gün öncə Adana valisi Demirtaş  festivalın keçiriləcəyini açıqlamışdı. Bundan sonra hökümətə yaxın qəzet və saytlar onu hədəfə almış və bir müddət əvvəl festivalın keçirilməməsi açıqlanmışdı.

Qeyd edək ki, "Kabab və Şalqam Festivalı" daha öncələr "Dünya Rakı(Türkiyə və bəzi ölkələrə məxsus alkoqollu içki) Festivalı" olaraq qeyd edilirdi. Adana şəhərinin Kazançılar tarixi bazarının bir yerində axşamdan qurulan süfrələrdə səhərə qədər ciyər və kabab yeyilib rakı içərək əylənilərmiş. 2015-ci ildə Adana Valisi Mustafa Böyük "İzin verməyəcəyəm" deyəndən sonra, bu festival "Kabab Şalqam Festivalı" olaraq adı dəyişilmişdi. 

2015-ci ildə bu festivalda silahlı qarşıdurma yaşanmış yaralananlar olmuşdu. Aşağıdakı video o gündən çəkilmişdir.


Əvvəl icazə verilsə də, son anda qadağan edildi - Adanada "Dünya rakı günü" qalmaqalı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xaricdə təhsil almaq istəyənlərə müraciət - RƏSMİ
    Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesinin başlamasını nəzərə alaraq, xaricdə təhsil almaq istəyən abituriyent və ya tələbələri, onların valideynlərini seçim edərkən daha diqqətli olmağa çağırır.
     21.05.2019
    Sünni liderdən fətva: Hamı İranı qorumalıdır! Əmrə tabe olun!
    İraqın sünni din xadimlərinin İranla bağlı ilk bu cür fətvasıdır
     21.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ