EURO 1,8856 TRY 0,3045
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. İnfo

Kateqoriya : İnfo

Yayınlanma tarixi:25.02.2019 11:45:59

Əxi adı sələfilər arsında XIX əsrin sonları ilə XX əsrin əvvəllərində daxil oldu.

Əxi sözü günümüzdə fərqli anlamda işlədilsə də, orta əsr tarixində bu sözün etimologiyası fərqlidir. Bir çoxları əxi sözünün ərəb sözü olduğunu düşünsə də, əslində qədim türk sözüdür.

Əxilik, əxilər və qadın əxilər haqqında məlumatı “Ölkə.Az”a tarixçi-alim Əkbər Nəcəf verib.

Günümüzdə çoxunun ərəbcə hesab etdiyi “əxi” sözünün ərəbcə ilə bir əlaqəsi yoxdur. “əl-Ax” sözünə “y” əlavəsi ilə ərəbcə “qardaş” mənasına gədiyi iddia edilsə də, söz əslində qədim türkcədir. Çünki mənbələrdə kəlmə ərəbcə olaraq keçməz. Ərəblər “əxilik” təşkilatına “fütüvvət”, “əxi”lərə isə “fəta” və “fityan” deyirlər. “Qardaş” mənasında ərəbcə “əl-ax” sözü olsa da əxilər üçün işlədilməzdi. Farsçada bunun müqabili “cavanmərd”dir.

Əxi sözü qədim türkçə “akı” sözündən gəlir. Mənası isə “əliaçıq”, “alicənab”, “comərd” deməkdir. Kəlmə Qədim uyqur və Qaraxanı dövrü mətinlərində (IX-XII) bol-bol keçir. Sadəcə Yusif Xas-Hacibin “Qutadqu-biliq” əsərində 30-dan çox yerdə işlədilib. Kitabın bir yerində belə deyilir:

“Bu yalnquz yorıqlı kişi qıvçaqı
Kişikə tusulmaz bolur ey əxi”
(Ey comərd, təkbaşına yaşayan yabani adamın başqalarına faydası olmaz)

Qaşqarlı Mahmudun “Divani-lüğət-it-türk”, “Atabət əl-xəkayiq”, “Qısas əl-Ənbiya”, “Muin əl-Mürid”də və hətta Qədim uyqurlara aid Turfan kitabələrində də eyni kəlmə var.

Əxilik təşkilatı ortaya çıxanda belə ərəblər və ərəbcə əsərlərdə bu terminə yer veilməyib. Əsasən “fütüvvət” və “fəta” terminləri işlədiblər. Uzun əsrlər fütüvvətə də ərəblər yaxşı münasibət bəsləməyib. Fütüvvət Abbasi xəifəsi Nasirin (1180-1225), əxilik isə səlcuqlu soyundan Şeyx Əhvədəddin Kirmani və onun kürəkəni Əxi Ənvərin adları ilə bağlıdır. Xəlifə Nasir özü də Şeyx Əhvədəddinin həmsöhbəti olub və onun mərasimlərində səmah keçirib.

Əxilik orta əsrlərin bir növ sivil-toplum quruluşu idi. Şəhər-ticarət mərkəzli bu təşkilat XII əsrdən etibarən formalaşıb və günmüzdə bəzi müsəlman şəhərlərində lonca kimi də fəaiyyət göstərir. Avropada günmüzdə də fəaliyyət göstərən “Hansa” təşkilatına da təsirləri olmuşdur. Təməl ideologiyaları təsəvvüfi islamdan qaynaqlanır, ancaq alt mərhələsində bəzi qnostik (manixeist, mandeyçi, essençi, kamlıq kimi) ünsürlər də var.

Şeyx Əhvədəddinin qızı və Əxi Evrənin arvadı olan Fatma Bacı isə qadın əxilik təşkilatının banisidir. Mənbələrdə onlara “Baciani-Rum”, yəni “Anadolu bacıları” adı verilirdi. Tarixdə ilk qadın təşkilatanmasıdır. Anadoluda Osmanlı təsiri ilə zəifəyincə böyük bir hissəsi Səfəvi ölkəsinə gələn həmin bacılar Şah İsmailin arvadı Taclının ətrafında toplandıar. Çaldıran döyüşündə öldürülən çox sayda qadın döyüşçünün “bacıyan-i Rum”a mənsub qadınlar olduğu iddia edilir.

Əxi adı sələfilər arsında XIX əsrin sonları ilə XX əsrin əvvəllərində daxil oldu. Klasik əxiliklə heç bir əlaqəsi yoxdur.


Əxiliyin yaranması və mənası - Çaldıran savaşında savaşan əxi qadınılar kimlər idi?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 38 yaşlı kişini küçədə bıçaqladılar
    Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.
     19.08.2019
    Daha bir rayona yeni polis rəisi təyin edilib
    Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ