1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:08.07.2019 12:24:09

Səudiyyə Ərəbistanında mədəniyyət festivalı keçiriləcək.

İslamazeri.com-un “Islam News”-ə istinadən verdiyi xəbərə əsasən, vəliəhd şahzadə Məhəmməd bin Salmanın yürütdüyü siyasət nəticəsində, Səudiyyə Ərəbistanının əxlaqi “təməli” günbəgün “çatlamağa” davam edir.

Məxsusən də, bu ay Ciddədə keçiriləcək mədəniyyət festivalı zamanı ABŞ-lı qadın müğənni Nikki Minaj çıxış edəcək. Məlum xəbər krallığın mühafizəkar təbəqəsi ilə yanaşı, digər ərəb ölkələrində də əks-sədaya səbəb olub.

Xatırladaq ki, Nikki Minaj özünün “böyüklər” üçün nəzərdə tutulmuş açıq-saçıq klipləri ilə məşhurdur. Məlum kliplərdə müğənni və rəqqaslar minimum geyimlə əxlaq çərçivəsindən çıxan hərəkətlər nümayiş etdirirlər.

Müğənninin mahnılarında isə əsasən intim yaxınlıq mövzusu istifadə edilir. Əxlaq-çərçivəsindən kənar hərəkətləri ilə məşhur olan müğənninin çıxışı məhz buna görə insanlar arasında təəccübə səbəb olub.


Əxlaqsız klipləri ilə məşhur müğənni vəhabi krallıqda çıxış edəcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ - VİDEO
    Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.
     20.07.2019
    Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı (FOTOLAR)
    Xaçmaz rayonunun Nərəcan kəndində üç gün öncə baş verən intihar hadisəsinin təfərrüatı üzə çıxıb.
     20.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ