EURO 1,8385 TRY 0,2518
USD 1,7 RUB 0,022
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:20.01.2020 00:26:09

Tovuzda yanacadoldurma məntəqəsinə məxsus pulu mənimsəyən şəxslər saxlanılıb.

Tovuzda yanacadoldurma məntəqəsinə məxsus pulu mənimsəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, 18 yanvar 2020-ci il tarixində Tovuz rayon Qovlar şəhər sakini Röyal Əhmədov DİN-in “102” saylı Zəng Mərkəzi Xidmətinə müraciət edərək işlədiyi Qovlar şəhər ərazisindəki yanacaqdoldurma məntəqəsində naməlum şəxsin ona küt alətlə vuraraq məntəqəyə məxsus pulu aparması barədə məlumat verib.

Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçiridiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, R.Əhmədov əvvəlcədən dostları ilə planlaşdıraraq ona qarşı quldurluq hadisəsini törədilməsini təşkil edib.

Bu işdə ona Tovuz rayon Qovlar şəhər sakinləri Hüseyn Cəfərov və Vüsal Quliyev köməklik edib. Hər üç şəxs saxlanılaraq RPŞ-a gətirilib. Saxlanılan şəxslər ilkin dindirilmə zamanı törətdikləri cinayət hadisəsini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Yanacadoldurma məntəqəsinə məxsus pulu mənimsəyən şəxslər saxlanıldı - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda daha 63 koronavirus xəstəsi aşkar edilib
    Azərbaycan Respublikasında 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.
     05.04.2020
    Türkiyədə 786 nəfər koronavirusdan sağalıb
    Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 501-ə çatıb
     05.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ