Ayətullah Seyid Əli Xamenei İran xalqına ünvanlanan televiziya müraciətində 22 Bəhmən günü xalqın iradə və müqavimətini nümayiş etdirməklə düşməni məyus etməyə çağırıb.
İslam İnqilabının qələbəsinin 47-ci ildönümü və 22 Bəhmən günü ərəfəsində İnqilabın Rəhbəri Ayətullah Seyid Əli Xamenei İran xalqına ünvanlanan televiziya müraciətində 22 Bəhmən günü xalqın iradə və müqavimətini nümayiş etdirməklə düşməni məyus etməyə çağırıb.
İslamazeri.com-un verdiyi məlumata görə, Ayətullah Xamenei 22 Bəhmən ayı və İslam İnqilabının qələbəsinin 47-ci ildönümü ərəfəsində İran xalqına televiziya vasitəsilə müraciət edib.
Müraciətin tam mətni aşağıdakı kimidir:
"Bismillahir-Rəhmanir-Rəhim
Hər il 22 Bəhmən günü İran xalqının güc və ləyaqətinin nümayiş olunduğu gündür. Şükürlər olsun ki, bu xalq motivasiyalı, iradəli, möhkəm, qədirbilən və öz maraq və zərərlərini dərk edən bir xalqdır. İlk 22 Bəhmən baş verəndə İran xalqı böyük bir qələbə qazandı və özünü, eləcə də ölkəsini xarici müdaxilələrdən xilas etdi. Xarici qüvvələr bu illər ərzində daim əvvəlki vəziyyəti yenidən bərpa etməyə çalışıblar.
İran xalqı ayaqdadır. Bu möhkəmliyin ən bariz nümunəsi 22 Bəhmən günüdür. Bu yürüş dünyada bənzəri olmayan bir hadisədir. Dünyanın heç bir yerində onilliklər keçməsinə baxmayaraq, hər il milli və müstəqillik günündə ölkə miqyasında bu qədər böyük izdihamın küçələrə çıxdığını görmürük. Bu gün İran xalqı küçələrdə keçirdiyi yürüşlə öz gücünü nümayiş etdirir və İran İslam Respublikasına, bu xalqın maraqlarına tamah salanları geri çəkilməyə məcbur edir.
Milli güc raket və təyyarələrdən daha çox xalqların iradəsi və möhkəmliyi ilə bağlıdır. Siz Allaha şükürlər olsun ki, öz möhkəmliyinizi və iradənizi nümayiş etdirmisiniz. Müxtəlif məsələlərdə bunu yenidən göstərin. Düşməni məyus edin. Düşmən məyus edilmədikcə bir millət daim təzyiq və əziyyətə məruz qalır. Düşməni məyus etmək lazımdır.
Düşmənin məyusluğu sizin birliyiniz, düşüncə və iradə gücünüz, motivasiyanız və düşmənin vəsvəsələri qarşısında möhkəm dayanmağınızla mümkündür. Milli güc məhz bu amillərdən formalaşır.
İnşallah gənclərimiz elm, əməl, təqva və əxlaq sahələrində, maddi və mənəvi tərəqqi meydanlarında daha böyük addımlar atacaq, ölkə üçün qürur yaradacaqlar. 22 Bəhmən bütün bunların təcəssümüdür. Hər kəs küçələrə çıxır, şüarlar səsləndirir, həqiqətləri ifadə edir, həmrəyliyini nümayiş etdirir və İran İslam Respublikasına sədaqətini bəyan edir.
Ümid edirik ki, bu il də 22 Bəhmən əvvəlki illərdə olduğu kimi İran xalqının əzəmətini daha da artıracaq, digər xalqları, dövlətləri və gücləri İran xalqı qarşısında hörmət və təvazö göstərməyə vadar edəcək. İnşallah, elə də olacaq."