Epşteyn Qərb elitasının satanizmə bağlılığını ortaya qoydu
"Epşteyn Qərb elitasının satanizmə bağlılığını ortaya qoydu".
İslamazeri.com xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun fikrincə, maliyyəçi Ceffri Epşteynlə bağlı üzə çıxan sənədlər Qərb elitasının əsl mahiyyətini – “təmiz satanizm”i ortaya qoyub.
Lavrov bildirib ki, açıqlanan faktlar adi insan məntiqi və anlayışı çərçivəsindən tamamilə kənardır. Onun sözlərinə görə, baş verənləri normal insana izah etməyə ehtiyac yoxdur, çünki söhbət açıq-aşkar mənəvi və əxlaqi çöküşdən gedir.
“Bu, ümumiyyətlə insan anlayışının da altındadır. Bunun saf formada satanizm olduğu normal insana izah olunası bir şey deyil”, – deyə Rusiya XİN rəhbəri «НТВ» telekanalına müsahibəsində vurğulayıb.