Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Yayınlanma tarixi: 8/18/2026 10:03:50 AM

Azərbaycan nefti ucuzlaşmaqda davam edir.

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,24 ABŞ dolları və ya 1,34 % azalaraq 91,31 ABŞ dolları təşkil edib.

İslamazeri.com xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 90,16 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,18 ABŞ dolları və ya 1,32 % azalaraq 88,2 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.

 

GÜNÜN MANŞETLERİ

Sabah dörd şəhər və rayonda qaz olmayacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah dörd şəhər və rayonda qaz olmayacaq

8/18/2026 1:07:40 PM
Sabah Azərbaycanda 37 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

8/18/2026 12:36:45 PM