Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Yayınlanma tarixi: 7/2/2026 1:05:48 PM

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yay mövsümündə sərnişin tələbatını nəzərə alaraq iyulun 6-31-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

İslamazeri.com xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, qatar bazar ertəsi və çərşənbə günlərində Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə Ağstafadan yola düşəcək.

Qeyd edilib ki, sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz. Bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

GÜNÜN MANŞETLERİ

Sabah dörd şəhər və rayonda qaz olmayacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah dörd şəhər və rayonda qaz olmayacaq

8/18/2026 1:07:40 PM
Sabah Azərbaycanda 37 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

8/18/2026 12:36:45 PM