Ötən ay 185,5 min nəfər ailə başçısını itirməyə görə pensiya və müavinət alıb.
2026-cı ilin iyul ayında ailə başçısını itirməyə görə 185,5 min nəfərə pensiya və müavinət ödənilib.
İslamazeri.com xəbər verir ki, bu barədə DSMF-dən məlumat verilib.
Bildirilib ki, onların 136,3 min nəfəri pensiya, 49,2 min nəfəri isə müavinət alıb.