Üç qurum Xocavənddəki mina hadisəsi ilə bağlı məlumat yayıb

Üç qurum Xocavənddəki mina hadisəsi ilə bağlı məlumat yayıb
Yayınlanma tarixi: 8/9/2026 12:05:22 PM

Üç qurum Xocavənddəki mina hadisəsi ilə bağlı məlumat yayıb.

Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

"İslamazeri.com" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, avqustun 7-si Qazax rayon sakini, 1961-ci il təvəllüdlü Abbasov Elçin Telman oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

Daha əvvəl Qızılqaya kəndində mina hadisəsi baş verdiyinə dair məlumat paylaşılmışdı.

GÜNÜN MANŞETLERİ