Trampın 2-ci dəfə "Netanyahunu əfv et" istəyi Herzoqu qəzəbləndirdi

Trampın 2-ci dəfə
Yayınlanma tarixi: 2/15/2026 12:05:01 AM

İsrail prezidentinin iqamətgahında ABŞ Prezidenti Donald Trampın səsləndirdiyi fikirlər təəccüb və narazılıqla qarşılanıb

İslamazeri.com xəbər verir ki,  Tramp bəyanatında İsrail Prezidenti Isaak Herzog-dan Netanyahunu əfv etmədiyinə görə sual edib.

Prezident Herzoq baş naziri əfv etməkdən imtina edir. Onun bunu etmək səlahiyyəti var. Amma o, bunu etmək istəmir. Bu, biabırçılıqdır. O, əfv edilməlidir”, – deyə Tramp bildirib.

Prezident Herzoqun yaxın çevrəsi isə eyham vurub ki, Baş nazir Netanyahunun yenidən Trampa müraciət etdiyi istisna deyil. Onlar 12-ci kanala bildiriblər ki, “prezident və komandası həftəsonu Trampı İsrail prezidentinə qarşı belə addım atmağa kimin sövq etdiyini anlamağa çalışıb. Əgər bu məsələdə Netanyahu iştirak edibsə, bu artıq həddin aşılmasıdır. Baş nazirdən izahat gözləyirik”.

Herzoqun tərəfdarları əlavə ediblər: “Bu hücumlardan təəccübləndik. Prezident Administrasiyası bunu təkcə şəxsi hücum deyil, həm də İsrailin suveren statusuna qarşı yönəlmiş addım kimi qiymətləndirir”.

Prezidentin dəftərxanası Trampın açıqlamalarına münasibət bildirərək bəyan edib: “Dəfələrlə izah edildiyi kimi, baş nazirin müraciəti Ədliyyə Nazirliyinin prosedurlarına uyğun olaraq rəy alınması mərhələsindədir. Proses başa çatdıqdan sonra dövlət başçısı müraciəti qanuna, dövlətin ali maraqlarına və vicdanının hökmünə uyğun şəkildə, hər hansı daxili və ya xarici təzyiq olmadan nəzərdən keçirəcək”.

Bəyanatda həmçinin qeyd olunub ki, Prezident  Herzog Trampın İsrailin inkişafı və təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirir. “İsrail qanunlara əsaslanır və  suverendir. Prezident Trampın sözlərinin yaratdığı təəssüratın əksinə olaraq, Prezident Herzoq bu məsələ ilə bağlı hələ heç bir qərar qəbul etməyib”.

 

Qeyd edək ki, Netanyahu bir neçə ildir korrupsiya ittihamları ilə məhkəmə qarşısındadır. Ona qarşı irəli sürülən ittihamlar əsasən rüşvət, etimaddan sui-istifadə və fırıldaqçılıq maddələrini əhatə edir.

İşlər ictimaiyyətdə “1000”, “2000” və “4000” nömrəli işlər kimi tanınır:

  • “1000-ci iş” – Netanyahunun varlı iş adamlarından bahalı hədiyyələr (siqar, şampan və s.) qəbul etməsi iddiası.

  • “2000-ci iş” – Media nümayəndəsi ilə daha müsbət işıqlandırma müqabilində qanunvericilik təşəbbüsü barədə danışıq apardığı iddiası.

  • “4000-cü iş” – Telekommunikasiya şirkətinə tənzimləyici güzəştlər müqabilində ona yaxın media qurumunda müsbət xəbərlərin dərc edilməsi iddiası. Bu iş ən ağır ittiham – rüşvət maddəsini ehtiva edir.

GÜNÜN MANŞETLERİ

Reuters: ABŞ İranla müharibəyə hazırlaşır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Reuters: ABŞ İranla müharibəyə hazırlaşır

2/14/2026 11:08:01 PM
İnquşetiyada Ramazan ayına görə iş vaxtı azaldıldı
REGİON / RUSİYA

İnquşetiyada Ramazan ayına görə iş vaxtı azaldıldı

2/14/2026 10:14:11 PM