Ukrayna Prezidenti Vladimir Zelenski Münxen Təhlükəsizlik Konfransı çərçivəsində İranın sonuncu şahının sürgündəki oğlu Rza Pəhləvi ilə görüşüb.
İslamazeri.com xəbər verir ki, X sosial media platforması vasitəsilə verdiyi açıqlamada Zelenski İrana qarşı sanksiyaların gücləndirilməsinin vacibliyini müzakirə etdiklərini bildirib.
Ukrayna lideri həmçinin görüş zamanı Rusiya ilə İran arasında əməkdaşlığın pislənildiyini qeyd edib.
Zelenski əvvəllər İsveçrədə keçirilən Davos Forumunda "İran rejiminin mövcudluğunun davam etməsi"nə çağırmışdı.
İranda silahlı üsyanların qızğın dövründə Ukrayna Prezidenti həmçinin beynəlxalq ictimaiyyətə etirazçılar üçün hökumət dəyişikliyinə nail olmaq üçün "kömək" istəmişdi.